PAULUN
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
GİRİŞ
Gənc məsihçi Timotey Likaonyanın Listra şəhərində anadan olmuşdu. Onun atası Yunan, anası isə Yəhudi idi. Timotey müjdəçilik işində Paula köməkçi və əməkdaş oldu. Paulun «Timoteyə Birinci Məktubu» üç əsas məsələni həll edir.
Məktub ilk növbədə imanlı cəmiyyətində verilən yanlış təlimə qarşıdır. Bu təlim Yəhudi və Yəhudi olmayanların ideyalarının qarışığı idi. Bu yanlış təlimə görə fiziki dünya şərdir və buna əsasən bəzi yeməklərdən imtina etməklə, xüsusi gizli biliyə malik olmaqla və evlənməməklə xilasa nail olmaq olar. Məktubda həm də imanlı cəmiyyətinin idarə olunmasına və ibadətə aid təlimatlar var. Bundan əlavə, burada imanlı cəmiyyətinin rəhbərlərinin və köməkçilərinin davranışının necə olması göstərilir.
Nəhayət, Paul Timoteyə İsa Məsihin yaxşı xidmətçisi olması üçün və imanlıların müxtəlif qruplarına qarşı məsuliyyətinə aid məsləhətlər verir.
Kitabın məzmunu:
1:1-2 Salamlar
1:3–3:13 İmanlı cəmiyyətinin xidmətçilərinə aid təlimatlar
3:14–4:5 Möminliyin böyük sirri
4:6–6:21 Timoteyə verilən təlimat
1
* Həv. 16:1Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
Yanlış təlimlərdən çəkinin
Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar, əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər. Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir. Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar. Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.
Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır. Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər, 10 əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur. 11 Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.
Allah mərhəmətlidir
12 Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi. 13  * Həv. 8:3; 9:4-5Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim. 14 Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi. 15 Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm. 16 Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. 17 Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha* Allaha – bəzi əlyazmalarda müdrik Allaha. əbədi olaraq hörmət və izzət olsun! Amin.
18 Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan, 19 imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar. 20 Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.

*1:1 Həv. 16:1

*1:13 Həv. 8:3; 9:4-5

*1:17 Allaha – bəzi əlyazmalarda müdrik Allaha.