YƏHYANIN
NƏQL ETDİYİ MÜJDƏ
GİRİŞ
«Yəhyanın nəql etdiyi Müjdə» İsanı Allahın əbədi Kəlamı kimi təqdim edir. «Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı» (1:14).
Kitabda göstərildiyi kimi bu Müjdə elə yazılıb ki, oxucular İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğuna iman edərək Onun adı ilə həyata malik olsunlar (20:31).
İsanı Allahın əbədi Kəlamı kimi təqdim edən birinci ayələrdən sonra Müjdədə müxtəlif möcüzələr barəsində nəql edilir. Bu möcüzələr İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğunu göstərir. Bunlar göstərilən möcüzələri izah edən nitqlərlə müşayiət olunur. Kitabın bu hissəsi bəzi adamların İsaya necə inandığını və Onun ardıcılları olduğunu, digərlərininsə Ona qarşı durduğunu və Ona inanmadığını göstərir. 13-17-ci fəsillərdə isə İsanın həbs olunduğu gecə şagirdləri ilə yaxın ünsiyyəti və geniş söhbəti qələmə alınıb. İsa çarmıxa çəkilməmişdən öncə şagirdlərinə təsəlli verir və onları ruhlandırır. Son fəsillər isə İsanın həbs və məhkum olunması, çarmıxa çəkilməsi, dirilməsi və diriləndən sonra şagirdlərə görünməsini təsvir edir.
Yəhya Məsih vasitəsilə bəxş olunan əbədi həyat yolunu göstərir. Bu, İsaya yol, həqiqət və həyat kimi iman edənlərə verilir. Yəhyanın Müjdəsini fərqləndirən cəhət odur ki, su, çörək, çoban və qoyunlar, meynə və üzüm kimi ifadələrlə İsa ruhani dəyərləri açıqlayır.
Kitabın məzmunu:
1:1-18 İsa Allahın Kəlamıdır
1:19-51 Vəftizçi Yəhyanın şəhadəti və İsanın ilk şagirdləri
2:1–12:50 İsanın ictimai xidməti
13:1–19:42 İsanın Yerusəlimdəki son günləri
20:1-31 Rəbbin dirilməsi və insanlara görünməsi
21:1-25 Rəbbin Qalileyada təkrarən görünməsi
1
Allah Kəlamı
Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
* Mat. 3:1-2; Mark 1:4; Luka 3:1-2Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18 Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan* Və Allah olan – bəzi əlyazmalarda bu sözlər yoxdur. vahid Oğul Onu tanıtdı.
Yəhyanın şəhadəti
(Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)
19 Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20 o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21  * Qanun. 18:15,18; Mal. 4:5Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22 Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23  * Yeş. 40:3Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi
“Rəbbin yolunu düz edin”
deyə səhrada nida edənin səsiyəm».
24 Göndərilən bəzi fariseylər 25 Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26-27 Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn Məndən sonra gələn – bəzi əlyazmalarda məndən sonra gələn, amma məndən əvvəl var olan. tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28 Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.
29 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30 “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31 Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32 Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33 Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34 Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
İsanın ilk şagirdləri
35 Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36 İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37 Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38 İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39 İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat Onuncu saat – hazırkı vaxtla günorta saat dörd. radələri idi. 40 Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41 Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş»§ Məsh olunmuş – yunan mətnində Xristos. deməkdir. 42 Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter** Kefa – arami dilində, Peter – yunan dilində daş deməkdir. deməkdir.
43 Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44 Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45 Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46 Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47 İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48 Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49 Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50 İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51  * Yar. 28:12Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».

*1:6 Mat. 3:1-2; Mark 1:4; Luka 3:1-2

*1:18 Və Allah olan – bəzi əlyazmalarda bu sözlər yoxdur.

*1:21 Qanun. 18:15,18; Mal. 4:5

*1:23 Yeş. 40:3

1:26-27 Məndən sonra gələn – bəzi əlyazmalarda məndən sonra gələn, amma məndən əvvəl var olan.

1:39 Onuncu saat – hazırkı vaxtla günorta saat dörd.

§1:41 Məsh olunmuş – yunan mətnində Xristos.

**1:42 Kefa – arami dilində, Peter – yunan dilində daş deməkdir.

*1:51 Yar. 28:12