21
Yeni göy və yeni yer
1 * Yeş. 65:17; 66:22; 2Pet. 3:13Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. 2 * Yeş. 52:1; 61:10; Vəhy 3:12Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 3 * Lev. 26:11,12; Yez. 37:27Taxtdan* Taxtdan – bəzi əlyazmalarda Göydən. belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq† Onların Allahı olaraq – bəzi əlyazmalarda bu sözlər yoxdur. aralarında yaşayacaq. 4 * Yeş. 25:8; 65:19Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 6 * Yeş. 55:1O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 7 * 2Şam. 7:14; Zəb. 89:26-27Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
Yeni Yerusəlim
9 Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». 10 * Yez. 40:2O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs‡ Müqəddəs – bəzi əlyazmalarda böyük müqəddəs. şəhəri, Yerusəlimi göstərdi. 11 Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. 12 * Yez. 48:30-34Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. 13 Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. 14 Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
15 * Yez. 40:3Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 16 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi§ 12 000 stadi – təqribən 2 200 kilometr. idi. 17 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac** 144 qulac – təqribən 65 metr. idi. 18 * Yeş. 54:11-12Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 19 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 20 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 21 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.
22 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. 23 * Yeş. 60:19-20Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 * Yeş. 60:3Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını†† Cah-calalını – bəzi əlyazmalarda cah-calal və şərəflərini. oraya gətirəcək. 25 * Yeş. 60:11Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 26 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 27 * Yeş. 52:1; Yez. 44:9Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
*21:1 Yeş. 65:17; 66:22; 2Pet. 3:13
*21:2 Yeş. 52:1; 61:10; Vəhy 3:12
*21:3 Lev. 26:11,12; Yez. 37:27
*21:3 Taxtdan – bəzi əlyazmalarda Göydən.
†21:3 Onların Allahı olaraq – bəzi əlyazmalarda bu sözlər yoxdur.
*21:7 2Şam. 7:14; Zəb. 89:26-27
‡21:10 Müqəddəs – bəzi əlyazmalarda böyük müqəddəs.
§21:16 12 000 stadi – təqribən 2 200 kilometr.
**21:17 144 qulac – təqribən 65 metr.
††21:24 Cah-calalını – bəzi əlyazmalarda cah-calal və şərəflərini.