3
* Həv. 17:15Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı* Allahın əməkdaşı – bəzi əlyazmalarda Allahın qulu və bizim əməkdaşımız. olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən Sınağaçəkən – yəni Şeytan. bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.
Salonikdən şad xəbərlər gəlir
* Həv. 18:5Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 10 Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.
11 Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 12 Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 13 Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.

*3:1 Həv. 17:15

*3:2 Allahın əməkdaşı – bəzi əlyazmalarda Allahın qulu və bizim əməkdaşımız.

3:5 Sınağaçəkən – yəni Şeytan.

*3:6 Həv. 18:5