ZƏBUR. 100. Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük. Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!