ZƏBUR. 124. Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, Azğın sular üstümüzü basardı. Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.