ZƏBUR. 126. Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb». Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb. Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar. Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.