10
İsrail tarixindən ibrət dərsləri
1 * Çıx. 13:21-22; 14:22-29Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. 2 Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. 3 * Çıx. 16:35Hamısı eyni ruhani qida yedi 4 * Çıx. 17:6; Say. 20:11və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. 5 * Say. 14:29-30Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi.
6 * Say. 11:4Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. 7 * Çıx. 32:6Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». 8 * Say. 25:1-18Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. 9 * Say. 21:5-6Məsihi* Məsihi – bəzi əlyazmalarda Rəbbi. sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. 10 * Say. 16:41-49Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. 11 Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. 12 Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. 13 Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
Bütpərəstlik və Rəbbin süfrəsi
14 Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın. 15 Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın. 16 * Mat. 26:26-28; Mark 14:22-24; Luka 22:19-20Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 17 Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik. 18 * Lev. 7:6Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi? 19 Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? 20 * Qanun. 32:17Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 21 Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22 * Qanun. 32:21Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük?
İmanlının azadlığı
23 * 1Kor. 6:12«Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir. 24 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün. 25 Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin. 26 * Zəb. 24:1Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». 27 Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin. 28 Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.† Yeməyin – bəzi əlyazmalarda yeməyin. Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». 29 Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin? 30 Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar? 31 Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. 32 Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, 33 necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar.
*10:9 Məsihi – bəzi əlyazmalarda Rəbbi.
*10:16 Mat. 26:26-28; Mark 14:22-24; Luka 22:19-20
†10:28 Yeməyin – bəzi əlyazmalarda yeməyin. Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».